Yaponiyada zəlzələdə ölənlərin sayı açıqlandı

Yaponiyada Noto yarımadası yaxınlığında baş verən silsilə güclü zəlzələlər nəticəsində ölənlərin sayı 180 nəfərə çatıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İsikava prefekturasının hakimiyyəti məlumat yayıb.

Bundan əvvəl 168 nəfərin öldüyü bildirilirdi. Ən azı 120 nəfər itkin düşüb. Yaralananların sayı 565 nəfərdir. Zəlzələdən zərər çəkmiş ərazilərin 28 minə yaxın sakini təxliyə məntəqələrində qalmağa davam edir.

Zəlzələdən ən çox İsikava prefekturası zərər çəkib. Orada ən azı 1 370 ev tamamilə və ya qismən dağılıb, yanğınlar isə 300-dən çox binanı məhv edib.