Yaponiyada zəlzələ qurbanlarının sayı artdı – YENİLƏNİB

Zəlzələlər nəticəsində ölənlərin sayı 82-yə çatıb.

Həlak olanların sayının artacağı istisna edilmir, hazırda dağıntılar altında qalma ehtimalı olanların axtarışları davam edir.

Təbii fəlakətdə 410 nəfərin xəsarət aldığı bildirilib.

***

Yaponiyada zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə qalxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə NHK nəşri məlumat yayıb.

Zəlzələdən sonra itkin düşən 50-yə yaxın şəxsin axtarışı davam etdirilir.

Qeyd edək ki, 1 yanvarda Yaponiyada ən güclüsü 7,6 bal olan 30-dan çox zəlzələ qeydə alınıb.