Yaponiyada güclü zəlzələ: Sunami təhlükəsi elan edildi

Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub. Yeraltı təkanlar paytaxt Tokioda da hiss olunub.

Zəlzələdən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, bir neçə dəqiqə sonra isə xəbərdarlıq ləğv edilib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.