Yaponiyanın Hokkaydo prefekturasında 5,9 bal gücündə zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında bildirilib.
Yeraltı təkan Hakodate şəhərindən 115 kilometr şərqdə, yerin 60 kilometr dərinliyində baş verib.