Putin telefon

“Rusiya Prezidenti Vladimir Putinin amerikalı milyarder İlon Maskla daimi əlaqədə olduğuna dair yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Kremlin sözçüsü  Putinlə Maskın 2022-ci ildən bu yana müntəzəm əlaqə saxladığına dair iddiaları yalan adlandırıb:

“Bunlar tamamilə yalan məlumatlardır. “The Wall Street Journal”ın nəşr etdiyi yazı reallığı əks etdirmir. Vladimir Putinlə İlon Mask arasında əlaqə olmayıb”.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: