Xocalı hava limanından görüntü narahatlıq yaratdı: ərazidə nələr yaşanır? – VİDEO

***10:15

İstər Qarabağ münaqişəsi dövründə, istərsə də ondan sonra Xocalı aeroportu ilə bağlı məsələlər daim ictimaiyyətin diqqətində olub. Bir qədər əvvəl sosial şəbəkələrdə Xocalı hava limanına Rusiya sülhməramlılarının nəzarət etməsi, burada hansısa fəaliyyətlər həyata keçirməsi barədə video yayılıb. Sözügedən görüntülərin yeni olub-olmadığı bilinməsə də, kadrlar birmənalı qarşılanmayıb.

Mövzu barədə Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Məmmədov deyib ki, narahatlığa heç bir əsas yoxdur, artıq bütün ərazilərə tam nəzarət edirik:

“Xocalı hava limanına Azərbaycan nəzarət edir. Rusiya sülhməramlıları 2020-ci ildən Xocalı hava limanı yaxınlığında öz qərargahlarını qurublar”.

Ətraflı videoda:

Safura Bənnayeva
Globalinfo.az