Xəzərdə zəlzələ oldu

Fevralın 9-da Qala stansiyasından 145 kilometr şərqdə – Xəzər dənizində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Globalinfo.az-a bildirilib ki, yerli vaxtla saat 05:49-da qeydə alınan zəlzələnin maqnitudası 3.9-a bərabər olub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.