Xankəndi zülmətə qərq oldu – MÜRACİƏT EDİLDİ

Xankəndi zülmətə qərq oldu - MÜRACİƏT EDİLDİ

Xankəndi şəhərində baş verən zəncirvari elektrik qəzaları və işıqların sönməsi həddindən artıq yüklənmə ilə bağlıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.

Məlumatda abonentlərdən elektrik enerjisinə qənaət etmək xahiş olunub. Qəzaların sayının kəskin artmasından dolayı elektrik enerjisinin müntəzəm verilişinin mümkün olmadığı qeyd olunub.