Xankəndi tezliklə Bakının ola bilər – Karapetyan Putin mesajı verdi

“Ermənistanla Rusiyanın arasındakı çoxəsrlik dostluq münasibətlərini təhdid altına atmaq qəbuledilməzdir”.

Globalinfo.az xəbər verir ki, bunu “Taşir” şirkətlər qrupunun rəhbəri, rusiyalı milyarder Samvel Karapetyan Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Əsasnaməsini təsdiqləmək planını şərh edərkən deyib.

O, Paşinyana bəyanatlarını ayıq başla vermək çağırışı edib.

Karapetyan Rusiya ilə münasibətlərin pozulmasının Qarabağdakı qondarma rejimin, bilavasitə Xankəndinin təhlükəsizliyini təhdid altında qoyacağını söyləyib.

Qeyd edək ki, Karapetyan ən zəngin erməni sayılır və Ermənistanla Rusiyada böyük təsir imkanlarına malikdir.

Ermənistanın Roma Əsasnaməsini tanıması planı artıq Rusiya XİN tərəfindən İrəvana xəbərdarlıqla nəticələnib. Belə ki, Moskva bunun qəbuledilməz olduğunu deyib. Əgər qərar təsdiqlənərsə, Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsi haqqında qərarı Ermənistanda da rəsmən aktivləşəcək.

İlkin Həsənov
Globalinfo.az