xankendi ermeniler

Azərbaycanın Xankəndi şəhərində qazın verilməsində problem yaranıb.

Globalinfo.az xəbər verir ki, bu barədə özünü “artsaxqaz” adlandıran saxta qurum məlumat yayıb.

Məlumatda qaz nəqlinin guya Azərbaycan tərəfindən bloklandığı iddia edilib.

Qeyd edək ki, Xankəndiyə qazın verilişində bir neçə dəfə problem yaransa da, məhz Azərbaycanın səyi nəticəsində qazın bərpası təmin edilib. Separatçı rejim və onun saxta “qurumları” belə yalan xəbərlər yaymaqla beynəlxalq ictimaiyyətin diqqətini regiona çəkməyə çalışır.

Aqşin
Globalinfo.az

Paylaş: