XANKENDI 768x403 1

Qarabağdakı separatçılar arasında fikir ayrılığı maksimum həddə çatıb.

Globalinfo.az xəbər verir ki, Ruben Vardanyanın Xankəndidə mitinq elanından sonra Paşinyan administrasiyasına yaxın olan separatçı dəstələr də hərəkətə keçiblər. Belə ki, dünən Xankəndidə təşkil edilən mitinqin əsas təşkilatçısının Tiqran Petrosyan olduğu üzə çıxıb. Ermənistan mətbuatı Petrosyanın Ruben Vardanyan və Rusiya sülhməramlılarının əsas əleyhdarlarından biri olduğunu yazıb.

Digər tərəfdən, erməni Teleqram kanallarında da Qarabağda sülhməramlılara qarşı başladılan prosesin kim tərəfindən idarə olunduğu haqda informasiyalar yayılmağa başlayıb. Məlumata görə, Xankəndidəki son mitinqlər Paşinyan administrasiyasına yaxınlığı ilə seçilən Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisinin rəhbəri Artur Sakunts və Məlumatlı Vətəndaşlar İttifaqının təsisçisi Daniel İoannisyan tərəfindən koordinasiya edilir.

Qeyd edək ki, İoannisyan Paşinyanın tabeliyindəki media qurumlarının əsas kuratorlarından biri sayılır. Müxalifət onu Soros Fondu ilə əlaqələrdə ittiham edir. Bununla belə, indiyə qədər bilinən odur ki, İoannisyan həqiqətən Ermənistanda Qərb donorlarından ən çox yararlanan simadır. O həmçinin Rusiyaya qarşı çıxışları ilə də seçilir və Laçın yolundakı etiraz aksiyalarından sonra onun sərgilədiyi mövqe buna sübut ola bilər.

Paylaş: