Xankəndi atəşə tutulur? – YENİLƏNİB

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən “Polonez” və “LORA” əməliyyat-taktiki raket sistemlərindən Xankəndi şəhərinə atəş açılması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir və dezinformasiya məqsədi daşıyır.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada bildirilir.

***

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır.

Globalinfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada bildirilir.