Xanım müğənninin başına iş gəldi – FOTO

Türkiyədə yaşayan azərbaycanlı müğənni Günel Zeynalovanın başına iş gəlib.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ifaçı yaralanıb, onun qaşına 7 tikiş qoyulub.

“Yaralandım… Allah qorudu. Veriləcək sədəqəm var imiş. Gözümü itirə bilərdim, daha ağır nəticə ola bilərdi. Bu günə şükür”, – deyə o, instaqramda yazıb.

Zeynalova qeyd edib ki, bu səbəbdən martın 3-nə planlaşdırılan konserti martın 17-nə keçirilib.