Yanvarın 11-də saat 23 radələrində Xaçmaz rayonu Laman kəndində Ağyazı Buduq kənd sakini 1988-ci il təvəllüdlü Rəşid Apayevin ölməsi barədə polisə məlumat daxil olub.
Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, ilkin məlumata görə, hadisə kəndin meşə ərazisində Kürdəmir rayon sakini 1993-cü il təvəllüdlü Həmzə Həmzəyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində baş verib.
Qeyd edək ki, Rəşid Apayev Vətən müharibəsi iştirakçısı olub.
Araşdırma aparılır.
Zaira














