Vardanyan erməniləri savaşa çağırdı

Külli miqdarda vəsait, günlərlə vaxt, hədə-qorxu və təhdidlə Xankəndinin mərkəzinə erməniləri toplayıb mitinq keçirən, Rusiyadan qaçaraq, Qarabağa sığınmış milyarder Ruben Vardanyan bugünkü aksiyada çıxış edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, Rusiyada topladığı çirkli vəsaitləri Qarabağda yumaqla və burda da qanunsuz yollarla pul qazanmaqla məşğul olan Vardanyan erməniləri biznesinə alət edə bilməsindən məmnunluğunu gizlətməyib.

Vardanyan onların 3 yolu olduğunu deyib:

“Birincisi – Azərbaycana inteqrasiya olunuruq, ikincisi, burdan köçüb gedirik, üçüncüsü, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, burdan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”.