Vanuatu sahillərində 7,3 bal gücündə zəlzələ: Sunami xəbərdarlığı edildi

Sakit okeanda ada ölkəsi Vanuatuda güclü zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat verib.

Bildirilir ki, yeraltı təkanlar 6,9 bal gücündə olub. Zəlzələ ocağı yerin 32 km dərinliyində, İsangel şəhərindən 125 km cənubda qeydə alınıb,

ABŞ Geoloji Xidməti isə zəlzələnin 7,3 bal gücündə olduğu barədə məlumat yayıb.

Zəlzələdən sonra EMSC sistemi vasitəsilə sunami xəbərdarlığı edilib.