Vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 419 vaksin vurulub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 140, ikinci doza üzrə 100, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 154-dür. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 25-dir.