Vahid Əhmədovun oğlu vəzifəsindən azad edildi

Vahid Əhmədovun oğlu vəzifəsindən azad edildi

Qaradağ rayon prokuroru Zəfər Əhmədov vəzifəsindən azad edilib.

Globalinfo.az Unikal-a istinadən xəbər verir ki, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Zəfər Əhmədov iyul ayının 2-də sərəncama götürülüb.

Qeyd edək ki, Z.Əhmədov Milli Məclisin deputatı Vahid Əhmədovun oğludur.