Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yaxın Şərqdəki münaqişə fonunda nüvə silahının istifadəsinə hazırlaşır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
“Ən pis ssenari nüvə hadisəsidir və bizi ən çox narahat edən də budur”, – deyə ÜST-ün Şərqi Aralıq dənizi üzrə regional direktoru Hanan Balxi deyib.
O qeyd edib ki, ÜST işçiləri atom bombasının istifadəsi və ya nüvə obyektinə hücum da daxil olmaqla, nüvə hadisəsinə hazırdırlar.
Bununla belə, Balxi əlavə edib ki, nüvə silahlarından istifadə olunarsa, dünyaya dəyəcək zərərin qarşısını heç bir hazırlıqla almaq mümkün deyil.
ÜST nümayəndəsinin sözlərinə görə, əgər bu baş verərsə, nəticələr onilliklər ərzində hiss olunacaq.
Əliyar Xəlil
Globalinfo.az