“Bu vacib dəyişiklikləri əks etdirən əsas məqamlar ilk növbədə uşaqların gələcəyi, onların rəqəmsal mühitdə təhlükəsizliyi və dövlətimizin informasiya məkanının qorunması kimi üç fundamental istiqaməti özündə birləşdirir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Komitə sədri bildirib ki, rəqəmsal mühitdə mövcud təhlükələr və çağırışlar diqqətlə araşdırılmalı, bu sahədə risklərin qarşısının alınması üçün effektiv mexanizmlər formalaşdırılmalıdır:
“Bu istiqamətdə həyata keçirilən tədbirlər ictimai gündəmin formalaşdırılmasına və aidiyyəti qurumların fəaliyyətinin gücləndirilməsinə xidmət edir.
Bizim əsas məqsədimiz ictimai siyasətin bu sahədə düzgün istiqamətləndirilməsi, ekspert rəylərinin nəzərə alınması və müvafiq qərarların səmərəli şəkildə icrasıdır.

Bahar Muradova
Qanun layihəsi əsasən gənc nəsil və uşaqların rəqəmsal mühitdə qorunmasını hədəfləyir. Bu, yalnız dövlətin informasiya məkanının deyil, ümumilikdə cəmiyyətin və virtual mühitin təhlükəsizliyinin təmin olunmasına xidmət edir.
Çünki uşaqlar rəqəmsal imkanlardan istifadə edən ən həssas qrupdur və onların təhlükəsizliyi xüsusi diqqət tələb edir. Ona görə də bu istiqamətdə ictimai gündəmin formalaşdırılması və aidiyyəti qurumların aktiv fəaliyyəti mühüm əhəmiyyət daşıyır”.
Safura Bənnayeva
Globalinfo.az