Ukraynanı Rusiyaya qarşı qoyan odur – Zaxarova

Qərb Ukraynanın işlərinə qarışmaq və Rusiya ilə qarşı-qarşıya qoymaqla ona xəyanət etdi.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Diplomat NATO-nun Baş katibi Mark Rüttenin Donald Trampın telefon danışıqlarının Ukraynaya xəyanət olub-olmaması ilə bağlı məsələyə göstərdiyi mövqeyə də münasibət bildirib.

“Cavab da sual kimi əhəmiyyətsizdir. Qərb Ukraynanın daxili işlərinə qarışanda, onun müstəqilliyinin möhkəmlənməsinə mane olanda, ukraynalıları rusiyalılara qarşı qoyanda, antikonstitusion çevriliş edəndə Minsk razılaşmasına riayət etdiklərini dedilər, lakin sonra regionda qırğın törətdilər”, – deyə Zaxarova qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az