silva

“Karib dənizi və Venesuelada münaqişənin qarşısını almaq lazımdır”.

Globalinfo.az xəbər verir ki, bunu Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət Rusiya-Ukrayna münaqişəsinə səbəb olan eyni səhvi təkrarlamamalıdır.

Qeyd edək ki, noyabrın 14-də Pentaqonun rəhbəri Pit Heqets Qərb yarımkürəsində narko-terrorçulara qarşı “Cənub nizəsi” adlı yeni əməliyyatı elan edib.

Bunun ardınca Venesuela Prezidenti Nikolas Maduro ABŞ vətəndaşlarına müraciət edərək, Karib hövzəsində müharibənin qarşısını almağa çağırıb. Daha sonra ABŞ prezidenti bəyan edib ki, o, Venesuelada qurudan hərbi əməliyyat keçirmə ehtimalına icazə verib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: