Ukraynada döyüşlər şiddətləndi: Ruslar Avdeyevkada böyük hücuma keçdi

Rusiya ordusu oktyabrın 10-da Ukraynanın şəhəri Avdeyevkaya kütləvi şəkildə hücuma keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə şəhər hərbi administrasiyasının rəhbəri Vitali Barabaş məlumat verib.

O, bildirib ki, vəziyyət gərgin olaraq qalır:

“Dünən kütləvi şəkildə hücuma keçdilər. Həm şimaldan, həm cənubdan hücum oldu. Onlar böyük qüvvələrlə zirehli texnikalara hücum ediblər. Onların çoxu yandırılıb. Dünənki hücumda 2 minə yaxın şəxsi heyət iştirak edib. Ukrayna Silahlı Qüvvələri üçün çox çətin olub”.

Azov Milli Qvardiyası briqadasının qərargah rəisi Boqdan “Tavr” Kroteviç bildirib ki, ruslar bütün şərq cəbhəsi boyunca hücumları gücləndiriblər.

“Avdeyevka Roll Call” Teleqram kanalı da “şəhərdə hər yerdə yanğın var, hər yer qatı tüstü içərisindədir”, deyə paylaşım edib.

Globalinfo.az