Ukrayna Zelenskiyə görə yeni ərazilər itirəcək – PROQNOZ

“Zelenskinin Rusiyanın təklifindən imtina etməsi Ukrayna üçün yeni itkilərə səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə Amerikanın “Responsible Statecraft” portalının dərc etdiyi məqalədə deyilir.

“Əgər Ukrayna məğlub olsa və daha böyük ərazi itkilərinə məruz qalsa, o zaman ukraynalıların gələcək nəsilləri Zelenskinin Putinin təklifini qəbul etmədiyinə görə təəssüflənəcəklər”, – məqalədə yazılıb.

Qeyd edək ki, daha öncə Böyük Britaniyanın Rusiyadakı səfirliyinin keçmiş əməkdaşı Yan Prou ​​Ukraynanın uzanan münaqişəyə son qoymaq üçün ərazi güzəştlərinə getməli olacağını deyib.

Eyni zamanda Ali Radanın deputatı Yevgeni Şevçenko bildirib ki, Kiyev və Qərbin Putinin təklifindən imtina etməsi Moskvanın irəli sürəcəyi şərtlərin daha da pisləşməsinə gətirib çıxaracaq. O, Rusiya-Ukrayna münaqişəsinin həllinin cəbhədəki vəziyyətdən asılı olacağına da işarə edib və hazırki situasiyanın Ukraynanın xeyrinə olmadığını vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az