Ukrayna hakimiyyəti 2025-ci il dekabrın 31-dək kosmik qüvvələr yaratmağı və müdafiə qüvvələrinin strukturunu yeniləməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat dərc edib.
“2025-ci ilin sonuna kimi müdafiə qüvvələrinin strukturu kosmik qüvvələrin yaradılması ilə əlaqədar yenilənməli, onların fəaliyyətinin hüquqi və təşkilati əsasları yaradılmalıdır”, – media vurğulayıb.
Qeyd olunur ki, 2026-cı ilə qədər məqsəd Ukrayna Silahlı Qüvvələrinin kosmik komponentinin 60 faiz əməliyyat hazırlığına nail olmaqdır. Ukrayna Nazirlər Kabineti elektron hərbi komissarlıq sistemini tətbiq etməyi və hərbi həkim komissiyalarının işini rəqəmsallaşdırmağı da planlaşdırır.
Əliyar Xəlil