Ukrayna münaqişəsini həll etmək üzrəyik – Tramp

tramp eler 465

“Ukraynada münaqişənin həlli istiqamətində inkişaf var”.

Globalinfo.az “TASS”a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

O, Vaşinqtonun Ukraynadakı münaqişənin həlli üçün səy göstərdiyini və artıq bu istiqamətdə müəyyən nailiyyətlərin əldə olunduğunu deyib.

“Biz çox gərgin iş aparırıq. Düşünürəm ki, münaqişənin dayandırılmasına nail olmaq üzrəyik”, – deyə Tramp qeyd edib.

Aysel Əliyeva
Globalinfo.az