Rusiya Ukraynaya qarşı başlatdığı işğalın ilk günlərindəki taktikasına geri qayıdır.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəsmi nümayəndəsi Andrey Yusov deyib. Onun sözlərinə görə, Moskvanın növbəti günlərdə hücumlarının əsas hədəfi hərbi obyektlər və Qərb silahlarının təchizat yolları olacaq. O, bununla Kremlin Ukrayna ordusunun əks-hücum planını dağıtmağa çalışacağını bildirib.
Qeyd edək ki, bundan öncə Ukraynanın Rusiyaya qarşı aprel-may aylarında genişmiqyaslı əks-hücum əməliyyatı keçirəcəyi haqqında məlumat yayılıb. Hücumun hansı istiqamətdə olacağı açıqlanmasa da son zamanlar Kiyevdən səsləndirilən bəyanatlar onun Krımda gerçəkləşəcəyi ehtimallarını artırıb. Digər tərəfdən isə ABŞ Ukrayna rəsmilərinə müraciət göndərərək Krıma hücum məsələsini yenidən gözdən keçirmələrini tələb ediblər.
İlkin Həsənov
Globalinfo.az