Ukrayna kamikadzelərin marşrutunu belə izləyirmiş – Forbes açıqladı

Ukrayna kamikadzelərin marşrutunu belə izləyirmiş - Forbes açıqladı

Ukrayna Rusiyanın “Şahid” kamikadze PUA-ları ilə hücumuna qarşı yeni müqavimət taktikalarına keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə Forbes məlumat yayıb.

Məlumatda bildirilib ki, Ukrayna minlərlə dirəklərə mikrafonlar  quraşdırıb.

“Rusiyanın “Şahid” PUA-larının aşkarlanması üçün Ukrayna yeni sistem istifadə edib. Bütün ölkədə dirəklərə şəbəkə mikrafonları quraşdırılıb.

Bu mikrafonlar “Şahid”lərin mühərrikinin səsini və sabit havanı müqayisə edə bilir. Müdafiə sistemi hər bir dronun marşrutunu izləməklə ehtimal olunan hədəfi hesablamaq üçün mikrofon məlumatlarını müqayisə edir”, – məlumatda qeyd olunub.

Qeyd edilir ki, sentyabrın ilk 11 günündə Rusiya Ukrayna ərazisinə 400-dən çox “Şahid” kamikadze PUA-sı buraxıb. Ötən ay isə hücumların sayı 800-ə yaxın olub ki, bu da bu ilin ən yüksək göstəricisidir.

Globalinfo.az