İrəvanda Rusiyaya məxsus VTB bankının filialına silahlı hücum edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məlumata görə, silahlı şəxs bank filialına hədə-qorxu ilə daxil olub. O, üzərindən “Pulu verməsəniz, 20 saniyəyə hər yeri partladacam” yazısı olan plakat asıb.

Hüquq-mühafizə orqanları gələnə qədər hücum edən şəxs xeyli miqdarda pul oğurlayaraq qaçmağı bacarıb. Mənbələr oğurlanmış məbləğin 1 milyon dramdan (təxminən 2500 dollar) çox olduğunu bildirir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: