“Belarus Rusiya tərəfindən Ukraynaya qarşı müharibəyə qoşulsa, bu ölkə ərazisinə zərbələr endirəcəyik. Bununla bağlı planımız artıq hazırdır”.
Globalinfo.az-ın xəbərinə görə, bunu Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi deyib.
Brovdi Belarus lideri Aleksandr Lukaşenkonun Ukrayna ilə bağlı son açıqlamalarına münasibət bildirib.
“İlk 500 hədəf artıq müəyyənləşdirilib. Ukraynanın gözünə görünməsinlər. Ancaq bu cür pulsuz və olduqca praktik məsləhət verə bilərəm”, – deyə o yazıb.
Brovdi həmçinin Rusiyaya qarşı həyata keçirilən uzaqmənzilli zərbələrə də toxunub. O bildirib ki, Rusiyanın yanacaq-energetika kompleksi və müdafiə sənayesi zərbələrin təsirini hiss edib.
Əliyar Xəlil