Rusiya Ukrayna agentini tutdu – Nələr edib?

Rusiya Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarına işləyən agenti saxlayıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.

Həmin şəxsin iyul ayında Ryazanda dronlar vasitəsilə Diagilevo hərbi aerodromuna hücum etdiyi, noyabrda isə dəmiryolu relsini partlatdığı bildirilib.

Agent olduğu qeyd edilən şəxsin Rusiya və İtaliya vətəndaşlığı olduğu deyilir.

Əliyar Xəlil
Globalinfo.az