Türkiyə, Azərbaycan və Pakistanın çətinliklər qarşısında həmrəyliyi və birgə fəaliyyətin inkişafını seçim deyil, zərurət kimi görür.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşündə çıxışı zamanı bildirib.
O qeyd edib ki, üçtərəfli əməkdaşlığın daha da inkişafı üçün işlər davam etdiriləcək.
Ərdoğan üç ölkənin Zirvə görüşlərinin və nazirlər səviyyəsində toplantıların daimi mütəmadi olaraq keçiriləcəyini də əlavə edib.