Türkiyəyə hücum iddialarına Ərdoğandan CAVAB

AA 20250324 37435312 37435310 CUMHURBASKANI ERDOGAN KABINE TOPLANTISININ ARDINDAN ACIKLAMALARDA BULUNDU 900x626 1

“İsrailin İrana hücumuna münasibətdə hər növ ssenariyə hazırlaşmışıq”. 

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyəyə hücum iddialarına münasibət bildirib:

“Yayındırıcılığımızı elə bir səviyyəyə qaldıracağıq ki, heç kim bizə hücum etməyi ağlına gətirməyəcək. Türkiyə öz səmalarını yerli və milli müdafiə sistemləri ilə qoruyan ölkədir.

İsrailin hücumlarının qarşısının alınması bütün dünya üçün mütləqdir. Yaşananlardan qonşumuz İran da daxil olmaqla, bütün region ölkələri dərs çıxarmalıdırlar”.

Ayşən Mustafa
Globalinfo.az