“Türkiyənin soyqırımı törədəcəyini deyirdi, indi isə…” – Sarkisyan

“44 günlük müharibə zamanı Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyənin soyqırımı törədəcəyini iddia edirdi. Bu gün isə Türkiyə-Ermənistan sərhədinin açılmasından danışır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni jurnalist Oskan Sarkisyan deyib.

“Ermənistan-Türkiyə sərhədinin açılmasının region üçün epoxal hadisə olacağı və bu istiqamətdə səylərini davam etdirəcəklərini deyirlər. O sərhədin açılması ilə əsrlər boyu nələr olacaq, Türkiyə və Avropa bazarlarını erməni məhsulları dolduracaq?”

Safura Bənnayeva
Globalinfo.az