Türkiyənin təsir imkanlarından narahat olanlar var – Fəxrəddin Altun

Türkiyə bu gün ciddi təsir imkanına malik regional dövlətlərdən və beynəlxalq aktorlardan birinə çevrilib.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Prezidenti İdarəsinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “TRT World Forum 2023 – Birgə inkişaf: Məsuliyyətlər, Fəaliyyətlər və Həll Yolları” konfransında çıxışı zamanı deyib.

O bildirib ki, bundan narahat olan qüvvələr var: “Həmin güclər zaman-zaman Türkiyəyə qarşı informasiya müharibəsi aparıblar. Amma biz bu hücumların qarşısını ala bilmişik”.