bakues 4fe378bf3146964c32172e446afe4034 cp6ewyrafib7ovql3ms0

Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayaraq Moskvanı İsraillə münaqişədə İrana kifayət qədər dəstək verməməkdə ittiham edən İran mediasının yazılarını kəskin tənqid edib.

Globalinfo.az xəbər verir ki, XİN sözçüsünün açıqlamasında bu materialların iki ölkə arasında strateji tərəfdaşlığa xələl gətirmək məqsədi daşıyan koordinasiya edilmiş dezinformasiya kampaniyası çərçivəsində yayıldığı vurğulanıb.

Bəyanatda xüsusilə İranın Məsləhət Şurasının üzvü Məhəmməd Sədrin səsləndirdiyi iddialara reaksiya verilib. O, Rusiya Federasiyasını guya İranın hava hücumundan müdafiə qüvvələrinin mövqeləri ilə bağlı məlumatları İsrailə ötürməkdə ittiham etmişdi.

Rusiya bu iddiaları əsassız adlandıraraq İran Xarici İşlər Nazirliyinin də artıq həmin bəyanatları rəsmən təkzib etdiyini və onları reallığa uyğun gəlməyən, rəsmi mövqeyi əks etdirməyən açıqlamalar kimi qiymətləndirdiyini xatırladıb.

Moskva həmçinin İsrail və ABŞ tərəfindən İran ərazisinə endirilən zərbələri açıq şəkildə pislədiyini, eləcə də nüvə enerjisindən dinc məqsədlərlə istifadə sahəsində Tehrana diplomatik dəstəyi davam etdirdiyini qeyd edib.

Tahir Turan
Globalinfo.az

Paylaş: