
Türkiyədə Ailə və Sosial Xidmətlər naziri Mahinur Özdəmir Göktaşın son addımı gündəm olub.
Globalinfo.az xəbər verir ki, o, sosial mediadan dəvət alaraq İstanbulda keçirilən nişan mərasiminə qatılıb.
Nazir 26 yaşlı Mehmet Fatih Tuğ və 25 yaşlı Edanur Özdəmirin nişan üzüklərini şəxsən taxıb.
“Nazirə mesaj göndərdik, dəvətimizi qəbul etdi. Özəl günümüzdə bizimlə olduğu üçün xoşbəxtik”, – Mehmet Fatih Tuğ bildirib.
Mahinur Özdəmir Göktaş isə, “Evlənən gənclərin yanında olmaq bizim borcumuzdur”, – deyə vurğulayıb.
Leyla Əlisoy
Globalinfo.az