6700041ee17456700041ee174617280543026700041ee17416700041ee1744

Oktyabrın 4-də Baş prokuror Kamran Əliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunçla görüşüb.

Bu barədə Globalinfo.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüş zamanı iki dövlət arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə səyləri sayəsində ən yüksək müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd olunub.

Kamran Əliyev Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi və ondan sonrakı proseslərdə Türkiyə dövlətinin və xalqının siyasi və mənəvi dəstəyinə görə təşəkkürünü ifadə edib.

Baş prokuror 2021-ci ildə Bakıda təsis olunmuş TDT-nin Baş Prokurorlar Şurasının hüquqi əməkdaşlığımızın genişləndirilməsi üçün səmərəli platforma olduğunu vurğulayıb.

2023-cü ildə Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi ərəfəsində Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirakını xatırladan Baş prokuror, həmin tədbirin üzv dövlətlərdə qanunçuluğun və hüquq qaydasının təmin edilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığın bütün formalarına qarşı mübarizə sahəsində səylərin birləşdirilməsinə və qarşılıqlı əməkdaşlığın daha səmərəli həyata keçirilməsinə mühüm töhfə verdiyini diqqətə çatdırıb.

Həmçinin, Baş prokuror ölkəmizdə həyata keçirilən hüquq islahatları çərçivəsində prokurorluq orqanlarının fəaliyyətinin müasirləşdirilməsi istiqamətində aparılan köklü islahatlar barədə məlumat verib.

Səmimi qəbula görə öz təşəkkürünü bildirən nümayəndə heyətinin rəhbəri Yılmaz Tunç ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əlaqələrin yüksək səviyyədə inkişaf etməsini və səmərəli əməkdaşlığın həyata keçirildiyini qeyd edib.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılaraq, iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

Görüşdə Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı da iştirak edib.

***

66fff8bbc095566fff8bbc0956172805138766fff8bbc095266fff8bbc0954

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev oktyabrın 4-də Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunçla görüşüb.

Nazirlər Kabinetindən Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Türkiyə prezidentlərinin birgə səyləri ilə iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olunub.

Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, ədliyyə orqanlarının və məhkəmələrin işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində aparılan ardıcıl islahatlar barədə məlumat verilib.

İki ölkənin məhkəmə-hüquq sistemləri arasında əməkdaşlığın səviyyəsi yüksək qiymətləndirilib, xüsusilə də ədliyyə nazirlikləri arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində hüquqi sahədə səmərəli tərəfdaşlığın həyata keçirildiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədov görüşdə iştirak edib.

Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
***

Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov Türkiyənin ədliyyə naziri Yılmaz Tunçu Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar barədə məlumatlandırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Azərbaycanda səfərdə olan türkiyəli nazir Ali Məhkəmədə olub.

İ.Kərimov bildirib ki, qarşılıqlı səfərlər və ikitərəfli görüşlərin keçirilməsi iki qardaş ölkə arasında möhkəm təməl üzərində qurulan, inkişaf edən əlaqələrə böyük töhfə verir. Məhkəmə sistemində qarşılıqlı təcrübə mübadiləsi, birgə təlimlərin təşkili və digər sahələr üzrə Türkiyə Ali Məhkəməsinin əsas tərəfdaş olduğu vurğulanıb.

Qonaqlara Ali Məhkəmənin fəaliyyəti, Azərbaycanda məhkəmə-hüquq sahəsində aparılan islahatlar və ədalət mühakiməsinin səmərəliliyinin artırılması istiqamətində, xüsusilə məhkəmələrin rəqəmsallaşması sahəsində görülmüş işlər barəsində ətraflı məlumat verilib.

Yılmaz Tunç “Bir millət, iki dövlət” prinsipinə əsaslan ikitərəfli əlaqələri yüksək qiymətləndirib. Əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

inam gorus

***15:12

Ədliyyə naziri Fərid Əhmədov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Ədliyyə Nazirliyindən bildirilib.

Qonaqları salamlayan nazir iki qardaş ölkə arasında münasibətlərin xüsusi önəm daşıdığını və müttəfiqlik səviyyəsində uğurla inkişaf etdiyini qeyd edib. Fərid Əhmədov vurğulayıb ki, hüquqi sahədə də əməkdaşlığımız daim genişlənir və inkişaf edir. Bu ilin may ayında iki ölkənin ədliyyə nazirlikləri arasında imzalanmış birgə bəyanatın icrası istiqamətində görülən işlərə toxunan nazir bildirib ki, artıq probasiya sistemi, eləcə də cəzaçəkmə müəssisələrində tibb xidmətinin təşkili sahəsində əməkdaşlıq uğurla həyata keçirilir və bu istiqamətlərdə konkret nəticələr əldə edilib.

Azərbaycanda olmaqdan məmnun olduğunu bildirən Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə iki qardaş ölkə arasındakı münasibətlərin və əməkdaşlığın daha yüksək səviyyəyə qalxdığını bildirib. Ölkələr arasında ədliyyə sahəsində, eləcə də ədliyyə akademiyaları arasında həyata keçirilən əməkdaşlıqdan bəhs edən türkiyəli nazir əlaqələrin daha da gücləndirilməsinin və təcrübə mübadiləsinin artırılmasının vacibliyini vurğulayıb.

Görüşdə hüquqi yardımla əlaqədar sorğuların daha çevik şəkildə göndərilməsini təmin etmək məqsədilə informasiya texnologiyaları sahəsində əməkdaşlıq, ekstradisiya və məhkumların verilməsi üzrə əməkdaşlığın səmərəliliyinin artırılması və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Görüşün sonunda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə Respublikasının Ədliyyə Nazirliyi arasında probasiya və penitensiar sahədə potensialın gücləndirilməsi və əməkdaşlar üçün qarşılıqlı təlimlərin təşkili sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Qeyd edilib ki, ölkələr arasında hüquqi sahədə ikitərəfli əməkdaşlıqla yanaşı beynəlxalq təşkilatlar, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində çoxtərəfli formatda da uğurlu əməkdaşlıq həyata keçirilir.

edl

***09:55

Türkiyənin ədliyyə naziri Yılmaz Tunçun başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

Globalinfo.az xəbər verir ki, səfər çərçivəsində Azərbaycan və Türkiyə ədliyyə nazirlikləri arasında əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Həmçinin, iki ölkə arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

Paylaş: