Türkiyəli futbolçu 29 yaşında vəfat etdi

Türkiyənin “Serik Belediyespor” futbol klubunun müdafiəçisi Mümin Talip Pazarlı vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bir müddət əvvəl qan xərçəngi diaqnozu qoyulan futbolçu Myumin Talip Pazarlının 29 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, futbolçu mövsümə Türkiyənin “Ankara Dəmirspor” klubunda başlayıb, yanvarda “Serik Belediyespor”a keçib.