Muxtar respublika Türkiyədən kömək istədi

“Qaqauziya muxtariyyəti ümid edir ki, Türkiyə Moldova hakimiyyətinə təsir göstərəcək və regionun hüquqi statusunun pozulmasına imkan verməyəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Qaqauziyanın rəhbəri Yevgeniya Qutsul deyib.

“Ötən ilin sentyabrında Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə Moldova prezidentinin və hakim partiyanın qaqauz xalqına qarşı ayrı-seçkilik siyasətini nəzərə çatdırdım. Ümid edirik ki, rəsmi Ankara Moldova hakimiyyətinə təsir göstərib, xüsusi hüquqi statusumuzun pozulmasına imkan verməyəcək”- Qaqauzya rəsmisi bildirib.

Qutsul Türkiyəyə müraciət edərək, rəsmi Kişinyovun Qaqauziya muxtariyyətinə qarşı sabitliyi pozmaq cəhdlərinin qarşısının alınmasını xahiş edib.

Ayşən Mustafa
Globalinfo.az