Türkiyədən İsrailin qərarına sərt reaksiya

İsrail hərbçilərinin Qəzza zolağının şimal hissəsinin 1,1 milyon sakininin 24 saat ərzində evlərini tərk etməlidir xəbərdarlığına Türkiyə Xarici İşlər Nazirliyi reaksiya verib.

Globalinfo.az xəbər verir ki, nazirlikdən bildirilib:

“Günlərdir ayrı-seçkilik etmədən bombardmanlara məruz qalan, işıq, su və yeməkdən məhrum olan 2,5 milyonluq Qəzza əhalisinin son dərəcə məhdud bir ərazidə köç etməyə məcbur edilməsi beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və insanlıqda yeri yoxdur.

İsrail ordusunun Qəzzanın şimalında yaşayan Fələstin əhalisinin 24 saat ərzində Qəzzanın cənubuna çəkilməli olduğu barədə açıqlaması heç bir şəkildə qəbuledilməzdir. Biz gözləyirik ki, İsrail bu ağır səhvi dərhal aradan qaldıracaq və Qəzzada dinc əhaliyə qarşı amansız və toplum hərəkətlərinə dərhal son qoyacaq”.