zelzele 13

Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Onun sözlərinə görə, həlak olanların sayı 50 min 399-a çatıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Paylaş: