ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Britaniya kralı III Çarlzın ölkəyə rəsmi səfəri zamanı görünüşü ilə pərəstişkarlarını təəccübləndirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Just Jared portalı məlumat yayıb.
56 yaşlı ABŞ-ın birinci xanımı rəsmi şam yeməyinə açıq çəhrayı rəngli, yerə qədər uzanan “Dior” donunu geyinib.
İstifadəçilər onun geyimindən çox məmnun qalıblar.
“Birinci xanımın geyimi çox gözəldir”, “Melaniya möhtəşəm görünür”, “Həmişəki kimi qüsursuzdur”, “Melaniya gözəldir”, “Ən gözəl geyimlərdən biri: inanılmaz Melaniya”, kimi şərhlər yazılıb.
Əliyar Xəlil
Globalinfo.az