Türkiyədə zəlzələ oldu

Çorumun Mecitözü rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Globalinfo.az xəbər verir ki, zəlzələ Çorumla yanaşı Amasya, Yozqat, Samsun və Tokatda da hiss olunub.

Çorum valisi Zülkif Dağlı bildirib ki, zəlzələ ilə bağlı hələlik heç bir mənfi təsir qeydə alınmayıb.