Türkiyədə zəlzələ oldu

Antalyada 4,2 bal maqnitudada zəlzələ qeydə alınıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 13:38-də (Bakı vaxtı ilə saat 14:38) Kaş rayonunda qeydə alınıb. Zəlzələ ocağı 15 kilometr dərinlikdə yerləşib.