Türkiyədə zəlzələ baş verdi

Türkiyənin Malatya şəhərinin Doğanşehir ilçəsində 4,4 maqnitudalı zəlzələ olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Yeraltı təkanların episentri 7,31 km dərinlikdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.