Türkiyədə 4,3 maqnitudada zəlzələ baş verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Balıkesir vilayətinin Sındırqı rayonunda qeydə alınıb.
Xatırladaq ki, oktyabrın 27-də Balıkesirdə 6,1 maqnitudalı zəlzələ qeydə alınmışdı.