Türkiyədə xəstəxanaya silahlı hücum: yaralılar var – FOTO / VİDEO

FotoJet 2024 03 01T192414.639

Türkiyənin Denizli şəhərində yerləşən Pamukkale Universitetinin Xəstəxanasına silahlı hücum olub.

Globalinfo.az xəbər verir ki, xəstəxananın Təcili Tibbi Yardım şöbəsinin girişindəki yeməkxanaya naməlum iki şəxs tərəfindən atəş açılıb.

Hadisə nəticəsində 7 nəfər yaralanıb, onlara xəstəxanada tibbi yardım göstərilib. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə yerinə çox sayda polis qrupları sövq edilib. Atəş edənlər qaçıblar və axtarışları davam edir.

Hadisə ilə bağlı istintaq işi başlanılıb.