Mahsun Kırmızıgülün oğlunun güllələnməsi haqda ŞOK GERÇƏK

Mahsun Kırmızıgülün oğlunun güllələnməsi haqda ŞOK GERÇƏK

Mahsun Kırmızıgülün oğlunun geyimində bir neçə güllə izi aşkarlanıb.

Mahmut Kırmızıgül hadisə ilə bağlı yaxınlarına danışarkən möcüzə sayəsində ölümdən xilas olduğunu deyib.

“2 santimetr geridə dayansaydım, indiyə ölmüşdüm”, – o bildirib.

Hələ ki, müğənni oğlunun yaşadığı olayla bağlı açıqlama verməyib.

***00:05

Türkiyənin məşhur müğənnisi, rejissor və ssenarist Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgül güllə yarası alıb.

Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən əyləncə məkanında iki qrup arasında dava düşüb.

Nəticədə əyləncə məkanının mühafizəçiləri iki qrupu ayıraraq çölə çıxarıblar. Gənclər çölə çıxdıqdan sonra silah səsləri eşidilib. Hadisə yerində onlarla boş giliz tapılıb.

Qeyd olunub ki, atılan güllələrdən ikisi Mahsun Kırmızıgülün oğlu Mahmut Kırmızıgülün çiyninə dəyib.

Hadisə baş verən ərazidə aktyorlar Burak Çelik, Umut Evirgen, Yağmur Tanrıseven, Şeyma Baday, rejissor Ali Bilgin və bir çox məşhur olub. Faktla bağlı araşdırma aparılır.