Türkiyədə limanda güclü partlayış – VİDEO

Türkiyədə limanda güclü partlayış - VİDEO

Taxıl tozunun əmələ gəlməsi Kocaeli limanında partlayışa səbəb olub.

Globalinfo.az xəbər verir ki, Türkiyə Kənd və Meşə Təsərrüfatı Nazirliyinin nümayəndəsi Əhməd Güldal bildirib.

“Bizdə olan məlumata görə, partlayış buğdanın gəmilərdən elevatorlara yüklənməsi zamanı taxıl tozunun əmələ gəlməsi nəticəsində baş verib. Texniki baxımdan bu, mümkündür. Hazırda bizim versiyamız budur. Ekspertlər araşdırma aparacaqlar”, – deyə o, bəyan edib.

***

Ticarət limanında gəmiyə taxıl yüklənən zaman elevatorların birində baş verən partlayış nəticəsində 16 liftdən 13-ü zədələnib.

Globalinfo.az xəbər verir ki, bu barədə Kocaeli şəhərinin bələdiyyə sədri Tahir Böyükakın məlumat verib.

Partlayış nəticəsində ən azı 12 nəfər yaralanıb.

***

Türkiyənin Kocaeli ilində yerləşən Derince limanında böyük partlayış baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə yerinə çox sayda yardım heyəti cəlb edilib.

Partlayışın şiddətli olduğu və bölgəyə yaxın bəzi ərazilərdə də hiss edildiyi bildirilir.

Hadisənin Kocaelidə yerləşən torpaq məhsullarının olduğu depoda baş verdiyi deyilir.

Malik Liftiyev
Globalinfo.az